USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: "Qeyri-OPEC ölkələri hasilatın məhdudlaşdırılması ilə bağlı qərara etiraz etməyəcək"

ASAN Radio Energetika nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 29-da Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin iclasında iştirak edəcək.

Toplantıya Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC dövlətlərindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib. İclasın gündəliyinə dünya neft bazarının qısa müddətli inkişafı ilə əlaqədar təqdimat və müzakirələr, OPEC-in qərarının icrasına qeyri-üzv ölkələrin qoşulması ilə bağlı neft istehsal edən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nümayəndələri ilə müzakirələr, eləcə də tədbir çərçivəsində məsləhətləşmələrin aparılması daxildir.

Görüşlə əlaqədar energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün irəli sürülən təşəbbüsə qoşulur və razılaşmanın əldə olunması üçün öz töhfəsini verməyə hazırdır. “Düşünmürəm ki, kartelə üzv olmayan dövlətlər neft hasilatının məhdudlaşdırılması ilə bağlı yekun qərarın qəbuluna etiraz etsinlər. Burada həlli vacib məsələ OPEC üzvləri, xüsusilə də İran, Liviya, Nigeriya və Səudiyyə Ərəbistanı kimi dövlətlər arasında ziddiyyətlərin aradan qaldırılması, ümumi razılığın əldə olunmasıdır.”

Natiq Əliyev onu da əlavə edib ki, Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyi iclas çərçivəsində nəzərdə tutulan ayrı-ayrı görüşlərdə də bir daha bəyan ediləcək.

Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neft hasilatını 32,5-33 mln. barrel səviyyəsində dondurmağı razılaşdırıb. Yekun qərarın isə noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcəyi gözlənilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!