USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hərbi Hava Qüvvələrinin yeni Birləşmiş Komanda Məntəqəsi istifadəyə verilib - FOTOLAR

ASAN Radio xəbər verir ki, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissəyə gəlib.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni təmir edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, transformator yarımstansiyası, rabitə qovşağı, sıra meydanı və digər obyektlərə baxış keçirib, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyəti ilə maraqlanıb.

Müdafiə naziri ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilərək yeni istifadəyə verilən Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.

Birləşmiş Komanda Məntəqəsinin fəaliyyəti barədə brifinqin təqdimatından sonra Hərbi Hava Qüvvələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi ssenarisi üzrə təlim tapşırıqları icra olunub.

Z.Həsənova məruzə olunub ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə Hərbi Hava Qüvvələrinin döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir.

Yaradılan şəraitlə tanış olan Müdafiə naziri gündəlik xidmətin və döyüş növbətçiliyinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!