USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Bakı-Tbilisi-Qars dəmir yolu bütöv bir regionu Avropa dəmir yolları şəbəkəsinə birləşdirəcək"

Çin Xalq Respublikasında səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt pekində Çin Dəmir Yollarının rəhbər heyəti ilə görüş keçirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, görüşdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və digər rəsmi şəxslər, qarşı tərəfi isə “Çin Dəmir Yolları”nın baş direktorunun müavini Yan Yudunun başçılıq etdiyi heyət təmsil edib.

Pekin danışıqlar zamanı Yan Yudun, C.Qurbanobva Çin dəmir yollarının strateji inkişafı haqda ətraflı məlumat verərək, gələcək perspektivli layihələr barədə söhbət açıb. Bildirib ki, Çin iqtisadiyyatının inkişafı, Qərb və xüsusi ilə Avropa ölkələri ilə ticarət dövriyyəsnin ildən- ilə artması, yüklərin nəql edilməsi yollarının diversifikasiyası qarşıda duran vacib məsələlərdən biridir. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Czipinin təşəbbüsü ilə “Bir kəmər bir yol” proqramı hazırlanıb və bu layihəyə əsasən Yeni İpək Yolunun dirçəldilməsi nəzərdə tutulub. “Çin Dəmir Yolları”nın Baş direktorunun müavini Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi həmin proqramın tərkib hissəsi olduğunu qeyd edib.

Öz növbəsində Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi haqda söhbət açan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov ölkəmizdə reallaşan iri infrastruktur layihələri haqda Çin tərəfinə geniş məlumat verib. Bildirib ki, tikintisi sona çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu, bütöv bir regionu Avropa dəmir yolları şəbəkəsinə birləşdirəcək, Astaradan irana qədər dəmir yolunun inşası isə dəmir yolu vasitəsi ilə ölkəmizi İran körfəzi və Hind okeanı ölkələri ilə birləşdirəcək. C.Qurbanovun sözlərinə görə, Çin hər iki dəmir yolundan rahatlıqla istifadə edərək, qısa zaman kəsiyində Türkiyə, Avropa və İranla idxal-ixrac əməliyyatlarını həyata keçirmək imkanı əldə edəcək.

Görüşdə Çin Dəmir yollarının rəhbərliyi Azərbaycan ərazisindən keçməklə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan geniş istifadə edliməsindən maraqlı olduqlarını nəzərə çatdırıblar. Bildiriblər ki, Azərbaycanın əlverili coğrafi mövqeyi Cindən daşınan yüklərin Gürcüstan, Qara Dəniz hövzəsində yerləşən limanlara, həmçinin Cənubi Rusia və İran istiqamətində paylaşdirılmasını həyata keçırmək istiqamətində bir hub rolunu oynamağa imkan yaradır.

TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Cindən – Mərkəzi və cənubi Avropa arasında ticarət dövriyyəsi üçün ən əlverişli nəqliyyat dəhlizi olduğunu bildirən Çin rəsmiləri, yüklərin sayı artacagı təqdirdə, Xəzər dənizində baş verəcek gecikmələrin garşısını almaq üçün, alternativ marşrut kimi, Xəzərin şimal hissəsindən, yəni Qazaxstan-Rusiya-Azərbaycan dəmir yolu marşrutunundan istifadə etmək arzusunda olduqlarını bildiriblər. Qeyd ediblər ki, bu yolla, artıq yüklər, Azərbaycandan İrana və Türkiyəyə daşına bilər.

Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və iş birliyi zamanı yaranacaq bütün məsələlərin operativ həlli üçün işçi qrupunu yaradaraq, onlara rəhbərlik edəcək məsul şəxsləri də müəyyən ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!