USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paraqvay parlamenti Azərbaycanla bağlı bəyanat qəbul edib

Paraqvay Parlamentində “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” adlı bəyanat qəbul edilib.

ASAN Radio XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Argentinadakı Səfirliyindən daxil olan məlumata əsasən, Paraqvay Parlamentinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri cənab Xuan Ramirezin təşəbbüsü ilə 19 oktyabr tarixində “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” adlı bəyanat qəbul edilib.

X.Ramirez bəyanat layihəsi təşəbbüsü ilə çıxış edərək, bəşəriyyət üçün önəm kəsb edən və Qafqazın bir hissəsi olan Azərbaycan xalqının yaratdığı 25 illik respublikanın siyasi-iqtisadi müstəqilliyə malik olduğunu, əksər əhalinin müsəlman olmasına baxmayaraq ölkədə etiqad azadlığının mövcudluğunu, Azərbaycanın islam dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb. O, Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyünü deputatların diqqətinə çatdırıb. X.Ramirez və Dostluq Qrupunun digər iki üzvü - Viktor Oskar Qonzales Drakefort və Celso Maldonado tərəfindən imzalanmış olan bəyanat layihəsi yekdilliklə qəbul olunub.

Bəyanatda Azərbaycan Respublikasının beynəlxalq aləmdə önəmli yer qazandığı, tanınmış, yüksək səviyyəli beynəlxalq tədbirlərdə - zirvə toplantıları, forumlar, sərgilər, yarışlarda fəal iştirak etdiyi, müstəqil Azərbaycanın  enerji sektorunun inkişafında mühüm nailiyyətlər əldə etdiyi, post-neft dövrünün başlanması ilə ölkə iqtisadiyyatının bütün sahələrində bir sıra islahatlar həyata keçirdiyi, neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyü, təhsil sisteminin yaxşılaşdırıldığı qeyd olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!