ASAN Radio xəbər verir ki, bu gün saat 18.30-dan 18.50-dək ASAN Radionun efirində Türkiyənin məşhur “TRT FM” radiosu ilə radiokörpü yaradılacaq.
20 dəqiqə davam edən veriliş zamanı Türkiyə cəmiyyətinə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkə iqtisadiyyatının inkişafı, Azərbaycanın brendi olan “ASAN xidmət” və ASAN Radionun fəaliyyəti haqqında ətraflı məlumat veriləcək.
Bundan əlavə, radiokörpü zamanı hər iki ölkədə baş verən mühüm mədəniyyət hadisələri ilə bağlı informasiyalar, hər iki ölkənin məşhur musiqi kompozisiyaları səsləndiriləcək.
ASAN Radioda radiokörpünün aparıcısı Sənan Əlləz, “TRT FM”-də isə məşhur aparıcı Acar Acar Türk olacaq. "TRT FM" Türkiyənin məşhur TRT ailəsinə daxil olan radiolardandır.
Bir daha qeyd edək ki, radiokörpü 100 FM tezliyində ASAN Radioda yayımlanacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!