USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nijni Novqorodda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTOLAR

ASAN Radio Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində SSRİ Xalq artisti, SSRİ, Azərbaycan və Rusiyanın görkəmli opera və estrada mügənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olumuş konsert keçirilib. Konsert Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi və Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Dəmiryolçuların Mərkəzi Mədəniyyət Sarayında keçirilən tədbirin rəsmi hissəsində Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, professor Tamara Sinyavskaya, Nijegorodsk vilayətinin mədəniyyət naziri Sergey Qorin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubları oxunub.

ÜAK Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov və təşkilatın icraçı direktoru Roman Ağayev Azərbaycan xalqının görkəmli oğlu M.Maqomayevin xatirəsinə toplaşanlara təşəkkür edib. O qeyd edib ki, M.Maqomayev və onun parlaq yaradıcılığı Rusiya ilə Azərbaycanın dost və qardaş xalqlarının mədəni irsinin ümumiliyinin bariz nümunəsidir.

ÜAK-ın təmsilçisi Anar Həsənov M.Maqomayevin yaradıcılığı, təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən - təvazökarlığı və prinsipiallığından söz açıb.

Daha sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün ümumrusiya və beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nokolay Penyakin səhnəyə çıxıb. M.Maqomayevin şah əsəri “Azərbaycan” mahnısı ilə başlayan N.Penyakin sənətkarın repertuarından 40-a yaxın mahnı ifa edib.

Xatirə konsertində ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Anton Utkin, İvan Boqatov, Aleksandr Tsaryov, gənc ifaçılar Araz Zeynalov və Ayturan Süleymanlı çıxış ediblər. Nijni Novqorodda fəaliyyət göstərən “Qarabağ” ansamblının üzvləri isə Azərbaycan milli rəqslərini təqdim edib.

Sergey Yeseninin şerinə yazılmış və M.Maqomayevin dəfnində səslənən “Əlvida, Bakı” mahnısını tamaşaçılar böyük sənətkarın xatirəsinə hörmət əlaməti olaraq ayaqüstündə dinləyiblər.

700 nəfərlik zalda keçirilən və 4 saat davam edən konserti 1500-dək tamaşaçı sarayın dəhlizlərində və hətta foyesində ayaqüstündə dinləyib.

Konsert zalının foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan fotoşəkillər, bioqrafik kitablar və musiqi irsindən ibarət sərgi təşkil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!