USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zakir Həsənov: "Ermənistan Cənubi Qafqazda sabitliyə təhlükə yaradır"

ASAN Radio xəbər verir ki, bu gün müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini cənab Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Regiondakı hərbi-siyasi vəziyyət barədə qonağa məlumat verən nazir Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüquq norma və prinsiplərə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və vasitəçilərin səylərinə baxmayaraq qoşunların qarşıdurma xəttində təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini xüsusi qeyd edib.

Nazir eyni zamanda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq proqramları, o cümlədən NATO çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Öz növbəsində M.Karpenter ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan Ordusunun döyüş hazırlığına yüksək qiymət verən qonaq şəxsi heyətin müasir və yeni silahlarla təchiz edildiyini, istənilən təhdidə çevik cavab vermək imkanına malik olduğunu xüsusi qeyd edib.

Qarşılıqlı maraq doğuran görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!