ASAN Radio “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunur.
Yeni dairənin inşası həmin ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək. Bunun üçün mövcud yolun bir hissəsinin də yenidən qurulması işləri görülür.
Zığ-Aeroport yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınır.
Bununla da hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayacaq.
Qeyd edək ki, yeni dairənin və mövcud yolun bir hissəsinin yenidən qurulması işləri ilə əlaqədar olaraq Zığ qəsəbəsinə giriş hissə qısa müddətlik bağlanıb. Avtonəqliyyat vasitələri alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!