USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: “Münaqişələrin həllində BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır”

ASAN Radio XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" - Yaxın Şərq informasiya agentliyinə müsahibə verib.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə dair suala cavabında nazir qeyd edib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. Bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini qeyd edərək Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin təmin edilməli və qorunub saxlanılmalı olduğunu diqqətə çatdırıb.

Nazir Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın Suriyadakı humanitar problemi yaxından anladığını və qaçqınların vəziyyətini yüngülləşdirmək beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışdığını bildirib. Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan Elmar Məmmədyarov, Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan Elmar Məmmədyarov, bu qətnamələrin hələ də icra edilməməsini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.

Nazir deyib ki, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!