Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, sürücüsü və dövlət nömrə nişanı hələlik məlum olmayan 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək sürətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Çox sayda yaralıların olduğu bildirilir.
Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, marşrut avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Ancaq xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!