USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DAMM İB-nin yeni prezidenti: xalq yazıçısı Çingiz Abdullayev

ASAN Radio xəbər verir ki, noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik Yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

Genişləndirilmiş iclasda DAMM İB-nin İH üzvləri, təşkilatın rəhbər strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib.

Toplantıda uğurla keçən konfransdan hazırlanmış qısa video-filmə baxış olub. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyət, eyni zamanda görülən uğurlu işlər barədə geniş məlumat verib. R.Məmmədov onu da xatırlatdı ki, İdarə Heyətinin fövqəlada iclasını keçirməkdə əsas məqsəd ümumi Konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və I vitse-prezident seçməkdir.

Yekun qərara əsasən, İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaşöhrətli dedektiv əsərlər müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, ictimai xadimlər, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai lider Hacı Quliyev, Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.

DAMM İB-nin yeni prezidenti, AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanın mədəniyyət tarixindən, diaspor hərəkatından, həmçinin dünyada tanınmağımızda bu yöndəki fəaliyyətlərdən söz açıb. Tanınmış yazıçı onu da bildirdi ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi öz fəaliyyətini gücləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Daha sonra toplantıda tanınmış incəsənət ustaları - əməkdar artistlər Aygün Zeynalova və Elza Seyidcahan maraqlı musiqi proqramıyla çıxış ediblər.

Xatırladaq ki, hər zaman şəffaflığı əsas tutan, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan DAMM İB İdarə Heyətinin toplantısı Feysbuk səhifələrində canlı yayımlanırdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!