USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Röya: “Azərbaycan sənətində ən çox sevilən qızam” - FOTOLAR

ASAN Radio xəbər verir ki, əməkdar artist, tanınmış müğənni Röya Ayxan ASAN Radionun canlı efirində tanınmış aparıcı Emin Musavi ilə xüsusi buraxılışda bir sıra eksklüziv və maraqlı açıqlamalar verib.

Müğənni bildirib ki, yeni konserti noyabrın 25-27-də Heydər Əliyev sarayında baş tutacaq. Konsertin adı isə “Qadın”dır.

Solo fəaliyyətinə başlamasının 15-ci ildönümünün tamam olduğunu qeyd edən Röya özünün gələcək planları, ifa etdiyi, ifa etməyə planlaşdırdığı, yeni aranjımanda təqdim etdiyi mahnı kompozisiyaları haqqında danışıb.

Dinləyicilərin canlı zənglərini cavablandıran məşhur müğənni onların canlı mahnı oxumaq xahişlərini yerindəcə yerinə yetirərək ASAN Radionun efirindən səsləndirib.

“Populyarlıq bitəndən sonra nə olacaq” sualına Röya belə cavab verib: “Düşünmürəm ki, mənim populyarlığım nə vaxtsa bitsin. Mən həmişə populyar olacam”.

Röya bildirib ki, teleefirlərdə az görünməsinin səbəbi onun bütün vaxtını işə sərf etməsidir. O deyib ki, “mənim üçün sənətimin yeni hissəsi başqa ölkədə fəaliyyət göstərməklə bağlıdır”.

Röya Ayxan şəxsi həyatı ilə bağlı bəzi məsələlərə də toxunub. Məsələn, həyat yoldaşından ayrıldığını xatırladan müğənni bildirib ki, “kişini çox sıxanda o, gedib başqasını alır. Kişini çox sıxmaq olmaz”.

O, həmçinin vurğulayıb ki, övladı Hüseynin böyüdülməsi və tərbiyəsində keçmiş həyat yoldaşı da iştirak edir: “Uşağı, bizim Hüseyni, çox sivil şəkildə, davasız böyüdürük”.

Röya Ayxan bütün televiziya və radio işçilərini qarşıdan gələn 6 noyabr - peşə bayramları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində böyük uğurlar arzu edib.

Röya Ayxan canlı yayımı bu sözlərlə bitirib: “Azərbaycan sənətində ən çox sevilən qızam”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!