USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Göyçayda XI Nar bayramı başlayıb

Göyçay rayonunda XI Nar bayramı başlayıb.

ASAN Radio xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi məhsul bayramında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları iştirak edirlər.

Tədbirin təşkil olunduğu Göyçay şəhər stadionu xüsusi şüarlar, bayraq, plakat və lövhələrlə bayramsayağı bəzədilib. Göyçayda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarkalar, müxtəlif sort nar və ondan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqə və oyunlar keçirilir. Qonaqlara əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxmaq imkanı yaradılıb.

Bayram tədbiri çərçivəsində rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar çıxış edəcəklər. Tədbirdə ən böyük nar da nümayiş olunacaq.

XI Nar bayramı Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!