ASAN Radio xəbər verir ki, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin, mahnıları müəllifi Tofiq Quliyev 1917-ci il noyabrın 7-də anadan olub.
Azərbaycan estrada musiqisinin yaradıcılarından olan Tofiq Quliyev zəngin yaradcılığa malikdir. "Neftçilər mahnısı", "Azərbaycan", "Sənə də qalmaz, "İlk bahar", " Sevgilim", “Qəmgin mahnı”, "Bəxtəvər oldum", “Bakı”, “Qızıl üzük” və onlarla dillər əzbəri olan mahnının müəllifidir.
Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu böyükdür. O bir sıra məşhur filmlərimizin, o cümlədən “Bəxtiyar”, "Görüş", "Qızmar günəş altında", "Ögey ana ", "Telefonçu qız", “Onu bağışlamaq olarmı?, “Qayınana”, “Şir evdən getdi”, "Nəsimi", “Dərviş Parisi partladır”, “O qızı tapın” filmlərinin bəstəkarıdır.
Bəstəkarın əsərləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Mirzə Babayev və digər sənətkarların ifasında sevilib və Azərbaycan musiqisinin incilərindən sayılır. Tofiq Quliyev 2000-ci il oktybrın 4-ü vəfat edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!