USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATMU-da “Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi” mövzusunda seminar-təlim keçirilib

ASAN Radio xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü ilə Latviyanın “Restoran biznesi mərkəzi” nin baş direktoru, restoran sənayesi üzrə təlimçi Aynars Bunkeviçsin təqdimatında “Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi” mövzusunda seminar –təlim təşkil olunub.

3 gün fəaliyyət göstərən seminar-təlimin təşkilində məqsəd ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsində təhsil alan tələbələrə “Restoranda servis xidmətinin düzgün təşkili qaydaları”, həmçinin Bakı Turizm Peşə Məktəbi şagirdlərinə müvafiq sahənin incəlikləri ilə bağlı bilgi verməkdən ibarət idi.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətinin məlumatında bildirilir ki, ali təhsil müəssisəsinin tələbələri və Bakı Turizm Peşə Məktəbinin şagirdləri üçün nəzərdə tutulan seminar – təlimdə “DAİR Hotellər və Restoranlar Assosiasiyası” nın baş direktoru Samir Baba-zadə və restoran biznesi üzrə tanınan ölkə mütəxəssisləri iştirak ediblər. Tədbirin səmərəli fəaliyyətindən razı qalan iştikakçılar gələcəkdə mütəxəssis səviyyəsində işgüzar görüşlərin təşkili məsələsinə müsbət münasibət bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!