USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Niderland iş adamlarına Xocalı soyqırımı barədə məlumat verilib - FOTOLAR

ASAN Radio Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı ölkənin Zeeland bölgəsinin, Zierikzee şəhərində Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirib. Şəhərin kinoteatrlarından birində baş tutan tədbirdə Niderlandda nəşr olunan “Wereldregio” qəzetinin Baş redaktoru Aad van der Vouden aparılıcıq edib.

Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri Vüqar Abbasov Schouwen Duiveland bələdiyyəsinin başçısı Xerard Rabelinkə söz verib və ona Azərbaycanla bağlı kitab hədiyyə edib. Bələdiyyə sədri öz növbəsində “Connect” təşkilatının fəaliyyətindən danışıb, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.

Daha sonra “Connect” təşkilatının katibi Vim van Embden Azərbaycanla bağlı görüntülü təqdimat edib. Təqdimatda Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salınıb, 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə məlumat verilib. Vim van Embden Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını paylaşıb, Azərbaycanın gözəlliyindən, insanların qonaqpərvərliyindən, Azərbaycandakı tolerantlıqdan söhbət açıb. Təqdimatın ardınca Azərbaycan haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.

Təqdimat eyni zamanda Azərbaycanın turizm imkanlarını əhatə edib. 

Tədbirin sonunda qonaqlara skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda canlı olaraq Azərbaycan musiqiləri təqdim olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!