ASAN Radio xəbər verir ki, bu gün saat 18.30-dan 18.50-dək ASAN Radionun efirində Türkiyənin məşhur “TRT FM” radiosu ilə artıq ikinci radiokörpü baş tutdu.
Radiokörpünü ASAN Radio tərəfdən Sənan Əlləz, “TRT FM” tərəfdən isə TRT FM-in direktoru Ayfer Durak və "Tam bu saat" verilişinin müəllifi və aparıcısı Acar Acar Türk aparırdı.
Hər iki tərəfdən aparıcılar zarafatlar etdilər və bu fonda dinləyiciləri Türkiyədə və Azərbaycanda baş verən hadisələr haqqında məlumatlandırdılar. Məsələn, Sənan Əlləz Azərbaycan televiziyasının 60 və Azərbaycan radiosunun 90-cı ildönümünün qeyd edilməsi haqqında məlumat verdi.
Aparıcılar Polad Bülbüloğlunun müəllifi olduğu “Gəl ey səhər” mahnısını canlı yayımda ifa etdilər. Bundan əlavə, TRT Radio Dairəsinin rəhbəri Amber Türkmən telefonla “radiokörpüyə” qoşularaq yaxın günlərdə Azərbaycana səfər edəcəklərini və “Radiokörpünün” növbəti yayımının ASAN Radionun studiyasından edəcəklərini söylədi.
Qeyd edək ki, "TRT FM" Türkiyənin məşhur TRT ailəsinə daxil olan radiolardandır.
Bir daha qeyd edək ki, radiokörpü 100 FM tezliyində ASAN Radioda yayımlandı.
Gələn həftənin bazar ertəsi günü saat 18.30-dan 18.50-dək ASAN Radio və Türkiyənin “TRT FM” radiosu arasında növbəti radiokörpü qurulacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!