USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan və İtaliya xarici işlər nazirlərinin görüşü olub

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd edilib. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli siyasi əlaqələrimizin fundamental əsasını təşkil etdiyini vurğulayıblar”. 

Nazir Elmar Məmmədyarov İtaliya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib, ölkələrimiz arasında sabit siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunub.

İtaliyalı nazir Paolo Gentiloni qeyd edib ki, ölkələrimiz arasında möhkəm və etibarlı tərəfdaşlıq mövcuddur, əlaqələrimizin möhkəm siyasi əsası vardır və mükəmməl iqtisadi əməkdaşlığa malikik. O, həmçinin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir. 

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfələr verdiyini qeyd edib. Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq TAP layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar . Nazirlər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətindən söz açıblar. Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrin inkişafından razılıq ifadə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında siyasi münasibətlərə töhfə verdiyi vurğulanıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib, İtaliya şirkətlərinin bu layihənin imkanlarından faydalana biləcəyini deyib.

İtaliyanın ATƏT-in Minsk Qrupunun üzv dövlətlərindən biri olduğunu və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. Nazir həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib. 

Görüşdə həmçinin, İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu uğurlu əməkdaşlığın qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı, tekstil-trikotaj, dəri emalı, tikinti materialları istehsalı, turizm, mədəniyyət və elmi-texniki əməkdaşlıq sahəsində də davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!