USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cari ildə fərdi uçot sistemində əlavə olaraq 5500 nəfərə yaxın əcnəbi qeydiyyata alınıb

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.

Beləliklə, 01 noyabr 2016-cı il tarixə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari ilin əvvəli ilə müqayisədə 19,7 faiz artaraq 33 355 nəfərə çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ASAN Radioya verilən məlumata görə, onların 88,3 faizi kişilər, digərləri qadınlardır. Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər 120 ölkəni təmsil edirlər ki, onların arasında Тürkiyə (15 482 nəfər), Gürcüstan (3 235 nəfər) və Rusiya (1 922 nəfər) vətəndaşları çoxluq təşkil edirlər. Eyni zamanda, sistemdə Özbəkistandan (1758 nəfər), Hindistandan (1416 nəfər), İrandan (1 043 nəfər), Çindən (921 nəfər), Banqladeşdən (859 nəfər), Pakistandan (701 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (665 nəfər), Ukraynadan (549 nəfər), Türkmənistandan (322 nəfər), Filippindən (301 nəfər), ABŞ-dan (285 nəfər), Almaniyadan (266 nəfər), Qazaxıstandan (254 nəfər), İtaliyadan (214 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

Fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərə də şamil olunmaqla, onların şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bu isə Azərbaycan vətəndaşları kimi, ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək pensiya təminatları üçün müvafiq hüquq əsasın yaradılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı isə 01 noyabr 2016-cı il tarixə 3 336 912 nəfər təşkil edir.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!