USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Horadizdə Bayraq bayramı keçirilib - FOTOLAR

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində "Bayrağım-varlığım, bəxtiyarlığım" devizi ilə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.

Növbəti tədbir Horadiz şəhərindəki Dövlət Bayrağı Meydanında təşkil olunub. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni oxunub.

Polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək, Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının, müstəqilliyinin rəmzi olan bayrağımızın tarixi haqqında məlumat verib, hərbi vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də hər bir vətəndaşın Dövlət bayrağına sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

General-mayor Mais Bərxudarov bildirib ki, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və Ali Baş Komandanın əmri ilə qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır.

Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə hər iki övladı Prezident İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid atası Əşrəf Qəhrəmanov bildirib ki, bugünkü bayram tədbirinə oğlunun məzarı üzərindəki bayraqla gəlib.

Açıq səma altında Azərbaycan bayraqları sərgisi tədbir iştirakçılarının marağına səbəb olub. Sərgidə Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və digər xanlıqların bayraqları, həmçinin Böyük Vətən müharibəsində 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları nümayiş etdirilib.

Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin ifasında səsləndirilən hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlar tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!