USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərbaycan Beynəlxalq Bankı”nın xidmətləri “ASAN ödəniş” terminallarında

"Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bankdan ASAN Radioya bildiriblər ki, müqavilə ölkə ərazisində "ASAN ödəniş" terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, İnnovasiyalar Mərkəzi respublika ərazisində "ASAN ödəniş" terminallarının və bu terminallar vasitəsilə təklif olunan xidmətlərin sayını artırmaq niyyətindədir. Terminalların inkassasiya xidmətini və terminallar vasitəsilə həyata keçirilən ödənişlərin bank-xəzinə əməliyyatlarını İnnovasiyalar Mərkəzi üçün bu sahədə geniş təcrübəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı" təmin edəcək.

Eyni zamanda, müştərilər "ASAN ödəniş" terminalları vasitəsilə bankın xidmətlərindən də faydalana biləcəklər. Bütün "ASAN xidmət" mərkəzlərində mövcud olan bu terminallardan artıq bankın filial və şöbələrində də quraşdırılır. Bu birgə layihə əhalinin bank məhsul və xidmətlərindən istifadə imkanlarını daha da genişləndirərək asanlaşdıracaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!