USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Energetika Nazirliyində İtaliyanın xarici işlər nazirilə görüş keçirilib - FOTOLAR

ASAN Radio xəbər verir ki İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

Energetika naziri Natiq Əliyevin rəhbərliyi, SOCAR, Kənd Təsərrüfatı, Müdafiə, Müdafiə Sənayesi, Nəqliyyat, Fövqəladə Hallar nazirliklərini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İtaliya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Görüşdə italiyalı naziri cari ilin 13 iyun tarixində Roma şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə “Maire Tecnimont”, “Saipem”, “SNAM”, “Tenaris”, “Enerco S.p.A”, “ENİ”, “Tecnip”, “DBA Group”, “Lighthouse” ,”Valvitalia” və CNH şirkətlərinin, eləcə də TAP konsorsiumunun İtaliya üzrə nümayəndəsi müşayiət edib.

Azərbaycanın İtaliya ilə bir çox sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən energetika naziri Natiq Əliyev belə geniş tərkibdə baş tutan bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir Transadriatik qaz boru kəməri (TAP) layihəsini İtaliya ilə enerji əməkdaşlığının proriteti kimi səciyyələndirərək, layihənin reallaşdırılması ilə bağlı ortaya çıxan çətinliklərin hökumətlərin dəstəyi ilə yoluna qoyulduğunu və vəziyyətin daim nəzarətdə saxlandığını diqqətə çatdırıb.

Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclaslarında İtaliyanın fəal iştirakını yüksək qiymətləndirib. Gələn ilin fevral ayında keçiriləcək növbəti iclasın “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşması üçün tərəflərin səylərinin koordinasiyasına fayda verəcəyini qeyd edib.

İtaliyanın Azərbaycanla birgə həyata keçirilən enerji layihələrində səmərəli iştirakından bəhs edən nazir Paolo Centilon İtaliya şirkətlərinin neft-qaz, emal və neft-kimya sənayesində uğurla təmsil olunduqlarını və fəaliyyət sferalarının genişləndirilməsi üçün mövcud potensialın dəyərləndirilməsinin vacibliyini bildirib.

İtaliyalı nazir ölkəsinin TAP-la bağlı mühüm öhdəlik götürdüyünü deyərək, Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcəyini vəd edib.

Sonra İtaliya şirkətləri fəaliyyət istiqamətləri üzrə əməkdaşlığa dair məlumat verərək, həyata keçirilən layihələrin icra vəziyyəti və yeni planlar barədə fikirlərini bölüşüblər. Bildirilib ki, “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polymer” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində yüksək sıxlıqlı polipropilen və polietilen istehsal edən zavodun inşası layihəsi uğurla həyata keçirilir.

180 min ton polipropilen və 120 min ton polietilen istehsal edəcək zavodun inşasının 2018-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. “Tecnip” şirkətinin Qaradağ rayonunda qazın emalı üzrə zavodun inşası layihəsində podratçı seçildiyi və zavodun 2021-ci ildə təhvil verilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Tədbirin sonunda energetika naziri Natiq Əliyev Azərbaycanda qeyri-neft sektorun inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu bildirib. İtaliya şirkətlərini yeni texnologiya və təcrübələrini tətbiq edərək bu sahə üzrə əməkdaşlığa iştiraka dəvət edib. Nazir həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-enerji dəhlizlərinin yaradılmasında Azərbaycanın rolunu xüsusi qeyd edərək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının üstünlüklərindən yararlanmağı da tövsiyə edib.

Yekunda bir daha vurğulanıb ki, çoxşaxəli müzakirə mövzuları və əməkdaşlıq təklifləri ilə zəngin olan bu səfər İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə açacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!