USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATMU-da Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində görüş keçirilib

ASAN Radio xəbər verir ki, Finlandiyanın Kaajani Universitetinin əməkdaşları Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə həyata keçirdikləri Mobillik layihəsi çərçivəsində universitetdə olub.

Səfər çərçivəsində qonaqlar ATMU-nun rektor səlahiyyətlərini icra edən Eldar Aslanovla görüşüb, mövcud layihə çərçivəsində görülən işlər və gələcək perspektivlər barədə müzakirə aparıblar.

Eldar Aslanov görüş zamanı qonaqlara Azərbaycanın turizm potensialı, turizmin inkişafı istimaqətində aparılan işlər və mütəxəssis hazırlığından danışaraq bu tipli layihələrdə universitetin maraqlı olduğunu bildirib.

Müzakirə zamanı layihə çərçivəsində mobilliyə cəlb olunacaq professor-müəllim heyəti, eləcə də tələbələrin seçim prosesi və yerləşmə imkanları barədə ətraflı danışıqlar aparılıb və ATMU-da tədrisin keyfiyyətinin inkişafı istiqamətində hazırlanan yeni layihələrdə əməkdaşlıqların mümkünlüyü məsələsinə toxunulub.

Görüşdə beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Orxan Musa və Tədqiqat və İnkişaf Şöbəsində Tədqiqat bölməsinin rəhbəri Qahirə Məmmədova da iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!