USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) Bakı 2017-nin Oyunlar Qabağı İnkişafını Alqışlayır

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

İclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirdilər.

IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum ilk olaraq Azərbaycan Hökumətinin IV İslam Həmrəyliyi oyunlarının hazırlıq prosesinə ciddi yanaşdığını və bu istiqamətdə işlərin yüksək səviyyədə aparıldığını bildirib.

Bu gün Koordinasiya Komissiyasının 4-cü iclasında biz 2017-ci ildə bütün İslam dünyasının özünə cəlb edəcək IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesinin yüksək templə getdiyinin şahidi olduq. Növbəti, oyunlara 6 ay qaldığı müddət ərzində əminəm ki, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığı daha sıx şəkildə davam etdirəcəyik.

IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov isə öz çıxışında hazırlıq prosesi haqqında danışıb. Azad Rəhimov: “12 May 2017-ci ildə Bakıda baş tutacaq IV İslam Həmrəyliyi oyunlarına altı aydan çox bir vaxt qalıb və təbii ki, bu müddət ərzində görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıq prossesi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq.

Nazir çıxışında qeyd edib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq. Azad Rəhimov eyni zamanda bildirib ki, oyunlar ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxarmaqla bərabər, həmçinin bizi birlik, sülh, hörmət və mükəmməllik ruhunda birləşdirən vasitə olacaq.

İki günlük iclasda yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması, idman yarışları, marketing, yayım,komersiya məsələləri, açılış və bağlanış mərasimlərinin müzakirəsi olacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!