USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
KİV: Tramp ABŞ-ın yeni prezidentidir

ASAN Radio CNN Türk-ə istinadən xəbər verir ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın yeni dövlət başçısıdır. Tramp son olaraq Alyaska və Pensilvaniya ştatlarında topladığı səslərlə Hillari Klintonu qabaqlayaraq 277 səs toplayıb. Tramp prezidentlik üçün lazım olan 270 səs baryerini aşıb. O, Birləşmiş Ştatların 45-ci prezidentidir. 

Rossia24 isə bildirir ki, 247 səslə Tramp irəlidədir. Klinton isə 215 səs toplayıb.

Ümumiyyətlə xarici KİV-lərdə fərqli rəqəmlər göstərilir. Euronews yazır ki, Tramp "Ağ ev"in astanasındadır. (Klinton 219,Tramp 247 səs)

BBC: Tramp qələbəyə yaxındır. Klinton 218, Tramp 245 səs toplayıb. 

Anadolu Agentliyi də Trampı seçkilərdən qalib çıxarıb.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!