USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Erməni hüquq müdafiəçisi: "Sarkisyan erməni xalqına qarşı soyqırımı həyata keçirib"

"Artıq münaqişənin sülh yolu ilə həllinin zamanı çatıb".

ASAN Radio xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib. 

 S. Çaqinyan deyib ki, Qarabağda erməni və azərbaycanlı gənclərin ölməsi faciədir: "Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Nəhayət, bu münaqişəyə son qoyulsun. Mən bilirəm ki, Ermənistan hakimiyyəti bu münaqişənin həllini istəmir. Serj Sarkisyan istefa verməlidir. Mənim bu gün burada olmağım Serj Sarkisyanın siyasəti ilə əlaqədardır. Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox, işğalçıdır. Serj Sarkisyan erməni xalqına qarşı soyqırımı həyata keçirib".

S. Çaqinyan qeyd edib ki, Sarkisyan onun öldürülməsinə qərar verib: "Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparmışam. Mən izlənirdim. Onlar məni terrorçuluqda belə günahlandırırdılar. Mən bu gün ölüyəm, Ermənistanı tərk etmişəm. Əgər onlar məni həbs edib, məni terrorçu kimi mühakimə etsəydilər, mən ölü olardım. Mən mütəxəssis kimi illərdir ki, ölkəmdə iş tapmamışam. Ermənistanda bütün xalq mənim kimi yaşayır. Hakimiyyət zəbt edilib. Mənim vətəndaşlıqdan imtina barədə Azərbaycan mətbuatında məktubum dərc olunandan sonra Serj Sarkisyan ölümüm barədə qərar vermişdi”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!