Əməkdar artist, tanınmış opera müğənnisi, “Bakılı oğlanlar” KVN komandasının üzvü Elçin Əzizov Bakıdadır.
ASAN Radioya müsahibəsində müğənni vətənə gəlişindən məmnun olduğunu bildirib. Mətbuat konsfransında jurnalistlərlə görüşən Elçin Əzizov Moskvada “Böyük Teatrda”kı yaradıcılıq fəaliyyəti, uğurlu qastrolları, gələcək planları barədə danışıb.
Qeyd edək ki, Elçin Əzizov noyabrın 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. O, bəstəkar Jorj Bizenin "Karmen" operasında Eskamilyo partiyasını ifa edəcək.
Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!