USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı açıqlama verildi

ASAN Radio xəbər verir ki, Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2016-cı il tarixlərində Bakı Expo Mərkəzində baş tutacaq RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair 14 noyabr tarixində II mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.   

9 MÜXTƏLİF ÖLKƏDƏN DAŞINMAZ ƏMLAK ŞİRKƏTLƏRİ BAKI EXPO MƏRKƏZİNDƏ BİR ARAYA GƏLİR

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, «Baku Expo Mərkəzi»ndə keçiriləcək RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. 

Bildirilib ki, Sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq  və Şimali Kipr Türk Respublikası kimi 9  müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Azərbaycan daşinmaz əmlak sektorunun ən önəmli şirkətlərindən Baku White City, Xəyal Adası, Dreamland, AAF Park, AF Holding, Şərur İnşaat, Kristal Abşeron, Azinko və Yeni Həyat sərginin önəmli iştirakçılarındandır. Sərgi çərçivəsində 23 noyabr 2016-cı il tarixində “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.

                RECEXPO II AZƏRBAYCAN DAŞINMAZ ƏMLAK BAZARINI CANLANDIRACAQ

RECEXPO II, Daşınmaz Əmlak və İnvestisiya  Sərgisi, mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir. 

Mətbuat konfransında bu beynəlxalq Sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar. 

REC EXPO II ƏMLAK ALICILARINA TƏKLİFLƏRİ VƏ FÜRSƏTLƏRİ MÜQAYİSƏ ETMƏK VƏ DƏYƏRLƏNDİRMƏK,  SƏRFƏLİ VARİANTLARI SEÇMƏK İMKANI TƏKLİF EDİR

Konfransda Sərginin digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq. 

Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı RecExpo II, Daşınmaz Əmlak və İnvestisiya Sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir. 

RecExpo II, Daşınmaz Əmlak və İnvestisiya  Sərgisinin, ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Təşkilatçılar sərgidə beynəlxalq arenada aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır. 

Sərgi, 22-24 Noyabr tarixlərində, 3 gün ərzində  Bakı EXPO Mərkəzində ziyarətçilərini qarşılayacaq.

Sərgini ziyarət etmək istəyən şəxslər 22 noyabr tarixindən etibarən saat 10-18.00 arası N. Nərimanov metro stansiyasindan Baku Expo Center-ə bir saatdan bir ödənişsiz xidmət göstərən avtobuslardan istifadə edə bilərlər. 

RECEXPO 2016

Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi 

22 – 24 Noyabr 2016

Baku Ekspo Mərkəzi

Bakı / Azərbaycan

http://www.rec-expo.net/

[email protected]

[email protected]

+90 212 273 18 88

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!