USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xalq Artisti Yaşar Nurinin 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

ASAN Radio xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecədə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın sənət dostları və yaxınları iştirak edib.

Y.Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış olandan sonra sənətkarın həyat və yaradıcılığının əks olunduğu videoçarx nümayiş etdirilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev unudulmaz sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, sənət fəaliyyətindən danışıb. Onun Azərbaycanın mədəni həyatındakı müstəsna xidmətlərindən danışan nazir müavini bildirib ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətinin inkişafında, formalaşmasında əvəzsiz xidmətləri olub.

Vurğulanıb ki, Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. Ona böyük populyarlıq qazandıran ekran əsərləri, 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb.

Yaşar Nurinin Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlara toxunan Ə.Vəliyev qeyd edib ki, o, bir-birindən maraq doğuran bədii kompozisiyalar və satirik səhnəciklərdə iştirak edərək tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Belə ki, onlardan “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz həkimi”, “Ac həriflər” və başqa televiziya tamaşalarını misal göstərmək olar.

Y.Nurinin insani keyfiyyətlərindən söz açan Ə.Vəliyev sənətkarın hər zaman xalqın yaddaşında sevilərək əbədi yaşayacağını deyib.

Çıxışlarda vurğulanıb ki, müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Yaşar Nuri zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.

Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.

Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib.

Elə buna görə də onun yaradıcılığı və sənət fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Tədbirdə sənətkarın vaxtı ilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!