"Avropa İttifaqı "ASAN xidmət"in təcrübəsini öyrənməyə çalışacaq".
ASAN Radio "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Infrastructure, Power & Renewable Energy Investment Conference"də çıxış edən Aİ-nin Azərbaycan üzrə rəhbəri Malena Mard deyib.
M.Mard, həmçinin Azərbaycanın Aİ üçün strateji tərəfdaş olduğunu da qeyd edib: "Avropa İttifaqının Azərbaycanla strateji əməkdaşlığı var və bu, stabil olaraq inkişaf edir. Onu da qeyd edim ki, Azərbaycanın ticarət əlaqələrinin təxminən 50%-i Avropa İttifaqı ölkələri ilədir".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!