USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclası keçirilib

Noyabrın 16-da Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilib.

ASAN Radio xəbər verir ki, İnformşuranın sədri, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov Şuranın XXII iclasının Heydər Əliyev Mərkəzində keçirilməsi üçün yaradılan gözəl şəraitə və yüksək təşkilatçılığa görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a təşəkkürünü bildirib.

İclasın gündəliyində bir neçə layihə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin sərgisinin təşkili, 2017-ci ildə Soçidə Gənclərin və Tələbələrin Festivalının keçirilməsinə dəstək layihələri nəzərdə tutulur.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov dəvəti qəbul edib Azərbaycana gəldiklərinə görə iclasın iştirakçılarına təşəkkürünü bildirib. Baş direktor deyib: “MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlıq xalqlarımız arasında əlaqələrin inkişafında, dostluq münasibətlərinin möhkəmlənməsində, humanitar əməkdaşlıq sahəsində qarşıya qoyulmuş məsələlərin həllində aparıcı yerlərdən birini tutur”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional nümayəndəliyinin direktor müavini Qotye Lefevr iclasda çıxış edərək BQXK-nın fəaliyyəti barədə məlumat verib, XX və XXI əsrlərin humanitar fəlakətlərindən bəhs edən fotosərginin təşkil olunması layihəsi haqqında danışıb.

Belarusun BELTA agentliyi baş direktorunun müavini Marta Çvey, MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor Qriqoryev, Rusiyanın TASS agentliyinin bölmə müdiri Boris Qruşin MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlığın, təcrübə mübadiləsinin rolundan danışıb, həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!