USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” əməkdaşlıq sazişi imzaladılar

ASAN Radio xəbər verir ki, noyabrın 15-də İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.

R.Şyuşayte rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirib ki, “Şimali Qafqaz Təbiətinin Qorunması və Mühafizəsi Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatı (“Qafqaz Təbiəti Mərkəzi” MQKT) “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb. “Qafqaz Təbiəti Mərkəzi” MQKT-nin məqsədi Şimali Qafqaz təbiətinin resurslarının qorunmasına, artırılmasına və mühafizəsinə, Şimali Qafqaz Federal Dairəsində ekoloji təşəbbüslərin dəstəklənməsi, Şimali Qafqazın flora və faunasının nadir və yoxolma təhlükəsi ilə üzləşən növlərinin qorunması üzrə təbiətin mühafizəsi layihələrinin reallaşdırılmasına yönələn layihələri sistemli olaraq həyata keçirməkdir.

Mərkəzin başlıca layihələrindən biri – “Qafqazda Ön Asiya bəbirinin bərpası (reintroduksiya) üzrə proqram” Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2007-ci ildən reallaşdırılır. Proqramın inkişafı məqsədilə Soçi Milli Parkında Qafqazda Bəbirlərin Bərpası Mərkəzi inşa olunub.

Leyla Əliyeva, öz növbəsində, İDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən “Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırlayaraq, burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd olunan Mərkəz Qafqazın nadir heyvan növü olan bəbirlərin populyasiyası üzrə bir təsisatdır. Leyla Əliyeva Qafqaz faunasının mühafizəsinin səmərəliliyinin artırılması baxımından İDEA və “Qafqaz Təbiəti Mərkəzi”nin səylərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə İDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.

Tərəflər aktual regional ekoloji məsələləri, o cümlədən sərhədyanı ərazilərdə təbiətin qorunması və ictimaiyyətin maarifləndirilməsini, zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması, Xəzər suitisinin mühafizəsi və Qafqazda eko-turizmin təşviqi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin Rusiyada yaşayan azərbaycanlı gənclərin “2017 – Ekologiya ili” çərçivəsində həyata keçiriləcək ekoloji layihələrdə iştirakını müzakirə ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!