USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə başlayıb

ASAN Radio xəbər verir ki, Bakıda iki gün davam edən Dünya Xəbər Agentliklərinin V Konqresi bu gün işini başa çatdırıb.

Bağlanış mərasimində BMT-nin baş katibi Pan Gi Munun Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarına müraciəti oxunub.

Müraciətdə deyilir: "Söz və mətbuat azadlığı insanlar və Planet üçün yeni qlobal yol xəritəsində zəruridir. Xəbər agentlikləri vaxtında və keyfiyyətli informasiyaların yayılmasında son dərəcə əhəmiyyətli bir rola malikdir. Bu, müsbət dəyişiklik üçün həm vasitə, həm də hədəfdir."

Sonra Bakı Konqresinin Bəyannaməsi qəbul edilib.

Daha sonra Dünya Xəbər Agentlikləri Konqresinin yeni prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV çıxış edərək bildirib ki, Konqresin Nizamnaməsini təkmilləşdirmək zərurəti var. “Nizamnaməyə Şuranın sədri və sədr müavini vəzifələrinin təsis olunmasını əlavə etmək, Konqresi üzvlük əsasında daha da nizamlı formata keçirmək, fəaliyyətini beynəlxalq hüquq çərçivəsində təşkilatlandırmaq təkliflərini irəli sürmək istərdik. İnanıram ki, Dünya Xəbər Agentlikləri Konqresi getdikcə daha da güclənəcək, dünyanın bütün agentlikləri üçün səmərəli bir quruma çevriləcək”.

Bununla da Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi işini başa çatdırıb.

Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Səudiyyə Ərəbistanının Səudiyyə Press agentliyindən AZƏRTAC-a keçib. AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.

Xatırladaq ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində 5 qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 qonaq medianın aktual problemlərini müzakirə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!