USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
21 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilib

Daha bir marşrutun hərəkət istiqaməti dəyişdirilib.

ASAN Radio xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yaıb.

Məlumata görə, 21 nömrəli avtobus xətti ilə bağlı metronun Əhmədli stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun “Xətai” stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən Agentliyə şikayətlər daxil olub. Buna səbəb nəqliyyat vasitələrinin texniki cəhətdən tamamilə nasaz vəziyyətdə olması göstərilib. Bakı Nəqliyyat Agentliyi monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğunu təsdiqləyib.

Bunları nəzərə alan Agentlik 21 nömrəli avtobus xəttinin istifadə hüququnu “BakuBus” MMC-nin istifadəsinə verməklə həmin xətt üzrə “İVECO” markalı avtobusları sərnişinlərin istifadəsinə verib.

Bundan sonra 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək “28 May” metro stansiyası – Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir. Gediş haqqı yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir.

14 nömrəli marşrut xətti ilə 21 nömrəli marşrut xəttinin trayektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 nömrəli marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun “28 May” stansiyası müəyyənləşdirilib. 14 nömrəli marşrut xətti artıq metronun “Xətai” stansiyasındakı dayanacağa daxil olmayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!