USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yolları buz bağlayacaq - XƏBƏRDARLIQ

ASAN Radio Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olaca1.

Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək.

Xəbərdarlıq

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Havanın minimal temperaturu 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacaq, qar yağacaq, duman olacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Xəbərdarlıq

Qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!