USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti Patriarx Kirillə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Moskva və bütün Rusiyanın patriarxı Kirillə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

ASAN Radio APA-ya istinadən xəbər verir ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Təbrik məktubunda deyilir: 

Zati müqəddəsləri, 70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin ümumbəşəri dəyərlərin təsdiqinə, sülh və anlaşmaya, sivilizasiyalararası dialoqun dərinləşməsinə, mədəniyyətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsinə yönəlmiş ali missiyanız Sizə böyük hörmət və ehtiram qazandırıb. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də xalqlarımız arasında dinlərarası və konfessiyalararası dialoqun inkişafına dair planınız Azərbaycanda yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə səmimi qəlbdən bütün işlərinizdə uğurlar, uzun ömür və can sağlığı arzulayıram”.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!