USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Altıağacda 8 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 23-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.

ASAN Radio xəbər verir ki, düşən yağıntının miqdarı Rvarudda (Lerik) 12, Ağsuda 5, Lerikdə 4, İsmayıllı, Altıağac, Qəbələdə 3, Şabran, Kişçay, Yardımlıda 2, Oğuz, Şamaxı, Xaçmaz, Nabran, Kəlvəz, Lənkəran, Astara, Qazax, Cəfərxan, Sabirabad, Kürdəmir, Göyçay, Tərtər, Bərdə, Quba, Şəki, Daşkəsəndə 1, Abşeron yarımadasında: Maştağada 3, Bakı, Ələt, Çilov adası, Neft Daşları, Binə, Sumqayıt, Montin, Pirallahıda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Rvarud, Xınalıqda 4, Şabranda 3, Sarıbaş, İsmayıllı, Quba, Kəlvəzdə 1 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!