USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
The American Thinker: Tramp Ermənistanın işğal etdiyi torpaqların azad edilməsində Azərbaycana kömək edə bilər

Donald Trampın ABŞ prezidenti seçilməsi vəziyyəti dəyişə bilər və Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri almasında Azərbaycana yardım edə bilər.

ASAN Radio xəbər verir ki, bu fikirlər Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri, "Tool Shed Group"un rəhbəri Ceyson Katsın "The American Thinker" buraxılışındakı məqaləsində yer alıb.

Kats yazır ki, seçki prosesi zamanı erməni-amerikan təşkilatları Trampa qarşı aqressiv kampaniyalar aparır və fasiləsiz onlayn-hücumlar keçirməklə dezinformasiyalar yayırdı.

Məqalədə qeyd olunur ki, Amerikadakı erməni lobbisi ilə heç bir əlaqəsi olmayan və Azərbaycan barədə müsbət rəyi olan Donald Tramp Dağlıq Qarabağ məsələsinin həllində ABŞ-ın maraqlarına uyğun praqmatik yanaşma nümayiş etdirə bilər.

Azərbaycan müstəqillik əldə etdikdən bəri ABŞ-ın etibarlı strateji tərəfdaşı olub. Bundan əlavə, Azərbaycan beynəlxalq forumlarda ABŞ-ın mövqeyini dəstəkləyir və İsrailin müttəfiqinə çevrilib.

Müəllifin sözlərinə görə, Ermənistan isə azərbaycanlıların öz ərazisində dinc şəkildə yaşamaq hüqununu kobud şəkildə pozub və Azərbaycanın əraz bütövlüyünü pozmaqda davam edir.

Müəllif qeyd edir ki, Tramp administrasiyası qarşısında çox həll olunmalı məsələlər olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli də prioritet təşkil etməlidir.

Bölgədə növbəti dəfə gərginliyin artması Rusiya, İran, Türkyə və bölgənin digər ölkələrinin qatılacağı böyük müharibəyə çevrilə bilər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!