USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
2016-cı ilin 9 ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bütün xidmətlər üzrə artım müşahidə olunub

ASAN Radio xəbər verir ki, bu ilin 9 ayı ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub.

Ən böyük artım iri həcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3.2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3.25 milyon tona çatıb. Ümumi yükaşırmanın 86.8%-i tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82% artıb.

Son doqquz ayda Bakı Limanı vasitəsilə 16255 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11110 ədəd artım deməkdir. Bunların 9323 ədədi (57.4%) Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi (42.6%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 73% artaraq 13859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79.8% artaraq 1.24 milyon ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13% artaraq 25582 ədədə çatıb. Bunlardan 7240 vaqon (28%) Bakı-Aktau-Bakı istiqamətində, 18342 (72%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artaraq 17011 nəfər olub.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti malların idxalının payına düşüb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!