USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Energetika naziri: “Azərbaycan prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək”

“Noyabrın 30-dək neftin qiymətilə bağlı ortaq məxrəcə gəlmək üçün müzakirə ediləcək kifayət qədər məsələlər var”.

ASAN Radio xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev “Dünya bazarında neft: reallıqlar və perspektivlər” adlı məqaləsində bəyan edib.

Nazir bildirib ki, noyabrın 28-də OPEC-ə üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin ikinci iclasında Azərbaycan da yüksək səviyyədə qatılaraq, prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək.

Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Bakının dünya enerji balansının bərpa edilməsi istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqe, öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışması, OPEC və qeyri-OPEC ölkələrinin toplantısında irəli sürülən müddəaların, həll təkliflərinin hələ bu tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti səviyyəsində bəyan edilməsi, digər neft ölkələri ilə müqayisədə rəsmi Bakının birmənalı, konkret, düşünülmüş və tərəddüdsüz siyasəti böyük maraq kəsb etmiş, böhran situasiyalarında doğru qərarlar qəbul etməyi bacaran dövlət kimi Azərbaycanın nüfuzu daha da möhkəmlənmişdir”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!