Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ASAN Radioya xəbər verildiyi kimi noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.
Düşən yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçayda (Şəkidə) 2 mm olub.
Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 sm olub.
Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta təşkil edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!