USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT: Hər il təxminən 15 milyon qız 18 yaşına çatmamış nikaha girir

BMT-nin Baş Məclisi bütün dünyada geniş yayılmış erkən və məcburi nikahların qadağan olunması ilə bağlı qətnamə qəbul edib.

ASAN Radio BMT-nin saytına istinadən xəbər verir ki, hər il təxminən 15 milyon qız 18 yaşına çatmamış nikaha girir.

Sənəddə bildirilir ki, Baş Məclis dövlətləri qızların həyatını təhlükə altında qoyan erkən və məcburi nikahların qarşısının alınması ilə bağlı kompleks tədbirlər görməyə uşaqların müdafiə sistemini gücləndirməyə çağırır.

Qətnamədə qeyd olunur ki, erkən nikahlar qızları bir çox imkanlardan məhrum edir, onların zorakılıq və qəddar davranışın qurbanı olmaq riskini artırır və sağlamlıqları üçün təhlükə törədir. Erkən nikahlar, həmçinin arzuolunmaz hamiləliyə və ana ölümü hallarının sayının çoxalmasına səbəb olur.

Son 30 ildə kiçikyaşlı gəlinlərin ümumi sayında azalma baş versə də, erkən nikahlarla bağlı problemləri tam şəkildə həll etmək mümkün olmayıb. Erkən nikahlar kənd yerlərində və əhalinin yoxsul təbəqəsi arasında daha geniş yayılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!