"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var. "Bakı-2015" I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Oyunlar zamanı Mingəçevirdə təşkil olunan kayak və kanoe yarışları da çox uğurla keçib".
Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinə qatılan Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds deyib.
Konqresin yüksək səviyyədə təşkil olunduğunu bildirən A.Vuds Azərbaycanda avarçəkmə növlərinin inkişafına böyük diqqətin göstərildiyini vurğulayıb.
Qeyd edək ki, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzi fəaliyyət göstərsə də, Bakıda avarçəkənlərin hazırlıq keçməsi üçün belə imkan yoxdur.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!