ASAN Radio xəbər verir ki, bu gün Fəvvarələr Meydanında "Nargiz Fund"un rəhbərliyi və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək" Qış nağılı adlı Xeyriyyə Yarmarkasının möhtəşəm açılış mərasimi baş tutacaq.
Tədbirdə əsas məqsəd - uşaq evlərində ağır xəstə olan uşaqlara yardımın təşkilində həmrəliyimizi nümayiş etdirməkdir.
Bu il tədbir daha geniş formatda keçiriləcək və 2017-ci ilin 14 yanvar tarixinə kimi davam edəcək. Yarmarkada paytaxt sakinləri və qonaqlarını üçün yeni il bazarında müxtəlif hədiyyələr, suvenirlər, eləcə də qış rəmzi olan əşyaların satışı təşkil olunur.
Hər həftə sonu yarmarka ziyarətçiləini maraqlı və rəngarənq şou proqram gözləyir.
Yarmarkanın eksluziv radio partnyoru Asan Radio sizi hamınızı "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasına dəvət edir!
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!