USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov: “Ermənistan tərəfi görüşdən qaçır”

“Əfsuslar olsun ki, Ermənistan tərəfi görüşdən qaçır. Bu ciddi yanaşma deyil. Əgər görüşdən qaçırsansa, deməli deməyə sözün də yoxdur”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Nazir bildirib ki, Almaniyanın Hamburq şəhərində Azərbaycan və Ermənistanın nazirlərinin danışıqlar aparması təklifi ilə bağlı Ermənistandan hələ də xəbər yoxdur. “Azərbaycan tərəfi bütün formatlarda-həm nazirlər səviyyəsində, həm həmsədrlər ilə birgə görüş üçün hazırdır”.

Xarişi işlər naziri vurğulayıb ki, cəbhə xəttində gərginlik həmişə var. “Ona görə biz deyirik ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Onda heç təmas xətti də, gərginlik də olmayacaqdır. Bu məntiqli yanaşmadır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprçikin heyətinin genişləndirilməsi məsələsinə gəldikdə, biz buna etiraz etmirik. Bunu yalnız işğal olunmuş ərazilərdən qoşunlar çıxarıldıqdan sonra müzakirə etmək olar. Bu çərçivədə bütün versiyalara baxıla bilər. İlk növbədə biz məntiqli şəkildə və əsas problemlə məşğul olmalıyıq. Hamı bilir ki, ən böyük təhlükə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdəki mövcudluğudur”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!