USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Beynəlxalq Könüllülər Günüdür!

ASAN Radio xəbər verir ki, 5 dekabr – Beynəlxalq Könüllülər Günüdür!

“Könüllü” termini ilk dəfə 1600-cı illərdə orta Fransasız dilində istifadə olunub. “Hərbi xidmət üçün özünü təqdim edən” mənasını verir. BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.

Azərbaycanda Könüllülük Hərəkatı geniş vüsət alıb.

2009-cu ilin 9 iyun tarixində “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

7 dekabr tarixində isə 1 və 2 saylı Bakı "ASAN xidmət" mərkəzlərində könüllü çalışmaq üçün ilk dəfə olaraq elan yerləşdirilib. 2013-cü il yanvarın 15-də isə 15 könüllü fəaliyyətə başlayıb.

2013-cü il dekabrın 19-da "ASAN Könüllülərinin I Qurultayı" keçirilib.

2013-cü il dekabrın 21-də "ASAN Könüllüləri" təşkilatı ictimai birliyi dövlət qeydiyyatına alınıb.

16 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "ASAN Könüllülərinin I Ümümrespublika Forumu" keçirilib.

4 dekabr 2015-ci ildə isə “ASAN Könüllülərinin II Ümumrespublika Forumu” baş tutub.

"ASAN Könüllüləri" Təşkilatı fəaliyyət göstərdiyi bir çox mükafatlarla təltif olunub. 

Hazırda Bakı şəhərində və digər regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri fəaliyyət göstərir.

2013-cü il yanvarın 15-də 15 könüllü ilə fəaliyyətə başlayan "ASAN Könüllüləri" ailəsinin hazırda 9 mindən çox üzvü var.

“ASAN xidmət” mərkəzlərində “ASAN Könüllüləri” universal vərdişlərə və iş təcrübəsinə yiyələnir, özlərini inkişaf etdirir, biliklərini artırır, dostluqlar qazanır, sertifikatlar əldə edirlər.

Dövlət idarələri ASAN könüllülərini işə götürməkdə maraqlıdır.

ASAN könüllüləri çoxlu sayda layihələrə imza atıb. Bunların sırasında “ASAN Akademiya”, “Həmrəylik düşərgəsi”, “Əsgərə məktub”, “Könüllülər yurdu Azərbaycan”, “ASAN məktub”, “Nəqliyyat bələdçisi”, “Yaşıl ASAN” və bir çox digər layihələri göstərmək olar.

Fəaliyyət göstərdiyi 3 il ərzində "ASAN Könüllüləri" Təşkilatı dəfələrlə müxtəlif mükafatlarla təltif edilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!