USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Euronews” Azərbaycan Prezidentinin “Bakutel-2016” sərgisində bu telekanala müsahibəsi və sərgi ilə bağlı reportaj yayımlayıb

ASAN Radionun xəbər verdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib.

“Euronews” telekanalı dövlət başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.

Reportajda “Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan “Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin IT istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır.

Reportajda bildirilir ki, artıq 22-ci dəfə keçirilən “Bakutel” sərgisində bu il təxminən 20 ölkəni təmsil edən 200-dən çox şirkət, həmçinin 7 aparıcı korporasiya iştirak edir. Burada yalnız fikir deyil, eyni zamanda, ideya mübadiləsi aparılır.

Süjetdə Prezident İlham Əliyevin sərgidə iştirakı xüsusi vurğulanır. Dövlətimizin başçısının sərginin iştirakçılarını, təşkilatçılarını və qonaqları salamladığı diqqətə çatdırılır.

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək. Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri – sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, IT sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və IT biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir.

Reportajda bildirilir ki, “Bakutel” sərgisində videooyunlar və virtual reallıqla bağlı sahələr üstünlük təşkil edir. Sərgi çərçivəsində “WorldShop” realiti market fəaliyyət göstərir. Burada ən populyar stendlərdən biri Azərbaycan paytaxtının küçələrində keçirilən Formula-1 yarışlarına həsr olunmuş oyunun stendidir. Burada, həmçinin telekommunikasiya şəbəkəsi, simsiz rabitə, peyk rabitəsi və onunla bağlı texnologiyalar, IT sahəsində ofis texnologiyaları, həmçinin 4G və 5G formatında mobil texnologiyaların ekspozisiyaları var.

Reportajın müəllifi sərginin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edərək deyir: “IT məhsullarının yeniliklərinin nümayişi üçün mühüm platforma olan “Bakutel” həm region, həm də bütün dünya üçün möhkəm işgüzar əlaqələrin qurulduğu əsas biznes meydançası statusunu qazanıb”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!