USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmsədri qəbul edib

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib.

ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti Fransa Prezidenti Fransua Ollandın salamlarını dövlət başçısına çatdırıb. 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Stefan Viskonti ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında Azərbaycanın maraqlı olduğunu bir daha vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Fransua Ollandın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!