Mexiko ştatının prokuroru Alexandro Qomes Tultepek şəhərindəki fişəng bazarında baş vermiş partlayış nəticəsində 29 nəfərin öldüyünü təsdiqləyib.
ASAN Radio xəbər verirki, insident nəticəsində 70-dən çox insan xəsarət alıb, onlar hadisə yerindən hərbi təyyarələrlə təxliyə ediliblər.
Hadisə nəticəsində 100-dək insanın itkin düşdüyü bildirilir.
Meksika prezidenti Enrike Penya Nyeto ölənlərin yaxınlarına başsağlığı verib.
Məlumata görə, mağazalardan birində baş verən partlayış və yanğın qısa zamanda bazardakı 300 ticarət obyektindən 290-nu məhv edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!