USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti Türkiyənin iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd edib. Dövlət başçısı Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

Nazir Nihat Zeybekci Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu deyib.

Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirib.

Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!